Bank Of Baku

«Debut Bank» ilin sonunadək bankomat və POS-terminalların sayını artıracaq

«Debut Bank» ilin sonunadək bankomat və POS-terminalların sayını artıracaq
# 02 sentyabr 2008 10:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Debut Bank» Səhmdar Kommersiya Bankı (SKB) 2008-ci ilin sonuna kimi mövcud bankomatlarının sayını 29% artıraraq 9-a, POS-terminalların sayını isə 61% artıraraq 132-yə çatdıracaq.
Bankın plastik kartlar şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, «EİEBOLD» modelli bankomatlar Azərbaycana yerli «İdeal» şirkəti tərəfindən gətiriləcək. «HiperCom» markalı POS-terminalları gətirəcək şirkət isə hələ müəyyənləşdirilməyib. Hazırda bankın respublika üzrə 7 bankomatı və 82 POS-terminalı fəaliyyət göstərir.
Qeyd edək ki, təsisçisi bir neçə fiziki şəxs olan «Debut Bank» ASC 1994-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 33,333 mln. manat, kredit portfeli 28,932 mln. manat, depozit portfeli 1,178 mln. manat, məcmu kapitalı 11,248 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,750 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR