Bank Of Baku

Azərbaycan bank sistemində likvidlik riskinin artmaq ehtimalı yüksəkdir

Azərbaycan bank sistemində likvidlik riskinin artmaq ehtimalı yüksəkdir
# 02 sentyabr 2008 10:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan banklarının məcmu kredit portfelinin aktivlərə nisbəti 69,2% təşkil edir. Xatırladaq ki, avqust ayının 1-nə bank sisteminin məcmu kredit portfeli (maliyyə sektoruna verilən kreditləri istisna olmaqla) 6 093,29 mln. manata, aktivləri isə 8 811,53 mln. manata bərabərdir. Qalan 30,8% nağd vəsaitlər, investisiyalar, müxbir hesabları və s. payına düşür. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankından (AMB) məlumat verilib.
AMB-dən bildirilib ki, qeyd olunan nisbət bankların likvidlik riskini əks etdirən göstəricilərdən biridir. Azərbaycan banklarının aktivlərinin 31%-nin kredit olmayan aktivlərin payına düşməsi bank sisteminin likvidlik riskinin aşağı səviyyədə olmasını göstərir.
Lakin digər tərəfdən kreditlərin müddətli depozitlərə nisbəti 1,53 dəfə təşkil edir. Belə ki, kreditlərin həcmi 6 093,29 mln. manat olduğu halda, depozitlərin həcmi 3 978,84 mln. manat təşkil edir. Kreditlərin depozitləri 1,53 dəfə üstələməsi bank sistemində likvidlik riskinin mövcudluğunu göstərir, çünki bu rəqəm nə qədər aşağı olarsa, bir o qədər riskin səviyyəsi azalır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR