Bank Of Baku

Sofiyada Bolqarıstan-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Sofiyada Bolqarıstan-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 02 sentyabr 2008 11:12 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bu ilin sentyabr ayının sonunda Bolqarıstan-Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclası keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın Bolqarıstandakı səfirliyindən məlumat verilib.
Səfirlikdən bildirilib ki, komissiyanın iclası sentyabr ayının 29-30-da Sofiyada şəhərində keçiriləcək. Toplantıda iki ölkə arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, inkişaf perspektivləri, habelə ayrı-ayrı sahələrdə müxtəlif birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunacaq. Bununla yanaşı, tərəflər iki ölkənin qatıldığı «Nabucco» layihəsinin icrası məsələlərinə də diqqət yetirəcək.
Qeyd edək ki, komissiyaya Azərbaycan tərəfindən Azərbaycanın baş nazirinin müavini Abid Şərifov, Bolqarıstan tərəfindən isə nəqliyyat naziri Pyotr Mutafçiyev həmsədrlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR