Bank Of Baku

Azərbaycandakı bankların likvidlik əmsalı üzrə renkinqi

Azərbaycandakı bankların likvidlik əmsalı üzrə renkinqi
# 02 sentyabr 2008 11:50 (UTC +04:00)

Banklar


Kredit / Depozit

1

Birlik Bank

27,05

2

Debut Bank

24,56

3

Azərbaycan Mikromaliyyələşdirmə Bankı

14,73

4

Qafqaz İnkişaf Bankı

10,33

5

Gəncəbank

7,21

6

Atrabank

5,76

7

Azərbaycan Kredit Bankı

4,87

8

Kredo Bank

4,82

9

NBCBank

4,00

10

Deka Bank

3,25

11

United Credit Bank

3,23

12

Günaybank

2,50

13

Azerdemiryolbank

2,49

14

UniBank

2,47

15

Muğan Bank

2,04

16

Azərnəqliyyatbank

2,00

17

Bank of Azerbaijan

1,98

18

Zamin Bank

1,84

19

Bank Standard

1,75

20

Turanbank

1,70

21

Nikoil Bank

1,62

22

Royal Bank of Baku

1,62

23

Bank Respublika

1,60

24

Texnikabank

1,58

25

AGBank

1,39

26

Azərbaycan Beynəlxalq Bankı

1,33

27

Bank Avrasiya

1,30

28

Azər-Türk Bank

1,14

29

Xalg Bank

1,12

30

Parabank

1,11

31

Əmrahbank

1,06

32

Bank of Baku

1,04

33

Azərbaycan Sənaye Bankı

1,00

34

AtaBank

0,93

35

Rabitabank

0,89

36

Melli İran Bankı Bakı

0,86

37

Paşa Bank

0,82

38

Kapital Bank

0,79

39

YapıKredi Bank Azerbaijan

0,43

40

Kövsər Bank*

-



«Kövsər Bank»* - Bank İslam bankçılığı prinsiplərinə uyğun fəaliyyət göstərdiyi üçün kreditlər ayırmır.

Likvidlik əmsalına gəldikdə isə, beynəlxalq standartlara əsasən, bu göstəricinin optimal həddi 0,9-dan 1,1-ə bərabər və ya maksimum bundan bir qədər yüksək ola bilər. Yəni, kredit və depozit portfelinin eyni səviyyədə olması daha səmərəli sayılır. Həmçinin, faktiki göstərici 1,1-dən nə qədər yüksək olsa, deməli bankın cari likvidliyi də bir o qədər zəifləyir. Düzdür, bu gün bir çox bankların depozitlər üzrə cari öhdəlikləri icra etməsi üçün banklararası kredit bazarından qısamüddətli vəsait cəlb etmək imkanı var. Lakin, bu vəsaitin ümumi həcminin də kredit portfelində 10%-dən artıq olması normal sayıla bilməz, yəni bu sahədə də bankların imkanları məhduddur.
Renkinqdən göründüyü kimi, adları çəkilən 40 bankdan yalnız 7-də («Azər-Türk Bank», «Xalq Bank», «Parabank», «Əmrahbank», «Bank of Baku», «Azərbaycan Sənaye Bankı» və «AtaBank») likvidlik əmsalı normal sayıla bilər. Yəni, bu banklar depozit açmaq istəyən müştərilər üçün daha etibarlı bank sayıla bilər. Hətta bunların bəzilərinin kredit portfelini daha da genişləndirmək imkanları var.
Qeyd edək ki, siyahıya başçılıq edən «Birlik Bank», «Debut Bank», Azərbaycan Mikromaliyyələşdirmə Bankı, «Qafqaz İnkişaf Bankı», «Gəncəbank» və «Atra Bank»da bu əmsal təxminən 6-27 diapazonunda dəyişir. Yəni, bu banklarda kredit portfeli depozitlərin həcmini 6-27 dəfə (!) üstələyir və bununla da likvidlik riski artır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR