Bank Of Baku

Brüsseldə TRACECA Hökumətlərarası Komissiyasının görüşü keçiriləcək

Brüsseldə TRACECA Hökumətlərarası Komissiyasının görüşü keçiriləcək
# 02 sentyabr 2008 13:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu ilin oktyabrın ayının 7-8-də Brüsseldə (Belçika) TRACECA Hökumətlərarası Komissiyası Milli Katiblikləri işçi qruplarının görüşü keçiriləcək. Bu barədə «APA-Economics»ə TRACECA Azərbaycan milli katibliyinin rəhbəri Akif Mustafayev məlumat verib.
Tədbirdə Azərbaycanı TRACECA-nın milli katibi A.Mustafayev və Nəqliyyat Nazirliyinin nümayəndəsi təmsil edəcək.
Görüşdə gələcəkdə TRACECA çərçivəsində həyata keçiriləcək layihələrin seçilməsi prosedurları, İnvestisiya Fondunun yaradılması, növbəti konfransa hazırlıq məsələləri və s. müzakirə olunacaq.
Qeyd edək ki, mərkəzi qərargahı Bakıda yerləşən TRACECA Hökumətlərarası Komissiyası 1998-ci ildə yaradılıb. Quruma Avropa və Asiyanın 12 dövləti üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR