Bank Of Baku

«Debut Bank»ın İdarə Heyətinə yeni sədr təyin edilib

«Debut Bank»ın İdarə Heyətinə yeni sədr təyin edilib
# 02 sentyabr 2008 13:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Debut Bank» Səhmdar Kommersiya Bankının (SKB) İdarə Heyətinə yeni sədr təyin edilib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu vəzifəyə əvvəllər «Deka Bank»ın İdarə Heyətinin sədri vəzifəsində çalışmış Faiq Səmədov təyin olunub.
Hazırda «Deka Bank»ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq sədrin birinci müavini Adil Səfərov icra edir. Yaxın vaxtlarda A.Səfərovun bu vəzifədə rəsmən təsdiqlənəcəyi gözlənilir. Qeyd edək ki, F.Səmədovdan öncə «Debut Bank»ın sədri vəzifəsini Azər Mahmudov icra edib.
Xatırladaq ki, təsisçisi bir neçə fiziki şəxs olan «Debut Bank» SKB 1994-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 33,333 mln. manat, kredit portfeli 28,932 mln. manat, depozit portfeli 1,178 mln. manat, məcmu kapitalı 11,248 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,750 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR