Bank Of Baku

Azərbaycanda təkrar səhm bazarının inkişafı dayanıb

Azərbaycanda təkrar səhm bazarının inkişafı dayanıb
# 02 sentyabr 2008 13:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın mütəşəkkil səhmlər bazarının inkişafı qənaətbəxş deyil. «APA-Economics»in Bakı Fond Birjası (BFB) tərəfindən təqdim olunmuş statistik məlumatlar əsasında apardığı araşdırmaya əsasən, 2008-ci ilin yanvar-avqust aylarında BFB-da səhmlər üzrə bağlanmış əqdlərin həcmi (ilkin və təkrar bazarların cəmi) ümumi korporativ qiymətli kağızlar sektorunun 66,6%-ni təşkil edir. Lakin bu göstəricinin ümumi birja dövriyyəsinə xüsusi çəkisi cəmi 1,8%-ə bərabərdir. Bununla yanaşı bildirilir ki, təkrar səhm bazarının korporativ sektorunun strukturunda payı 0,4%, ümumi birja dövriyyəsində isə 0,01% təşkil edir.
Qeyd edək ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstəricilər daha yüksək olub və səhm bazarı korporativ sektorun 88,1%-nə, ümumi birja dövriyyəsinin isə 8,5%-nə bərabər olub. Səhmlərin təkrar bazarı üzrə bu göstəricilər müvafiq olaraq 21,4% və 2,1% təşkil edib.
Aparılan müşahidələrə əsasən, analoji azalma onu göstərir ki, səhm bazarının, xüsusən də səhmlər üzrə təkrar bazarın inkişafı məhz bu il dayanıb. Həmçinin, səhm bazarının ümumi qiymətli kağızlar bazarında belə kiçik paya sahib olması səhmlərin Azərbaycanın maliyyə bazarında və digər maliyyə alətləri arasında hələ də mühüm rol oynamadığını təsdiqləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR