Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» ilin sonunadək yeni 5 filial açacaq

«Azərbaycan Sənaye Bankı» ilin sonunadək yeni 5 filial açacaq
# 02 sentyabr 2008 14:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» Səhmdar Kommersiya Bankı (SKB) 2008-ci ilin sonuna kimi respublika üzrə yeni 5 filial açmaq niyyətindədir.
Bankın marketinq şöbəsinin direktoru Ramiz Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, yeni filialların Lənkəran və Yevlax rayonları, Sumqayıt və Bakı şəhərlərində açılması planlaşdırılır. Filialların ikisi paytaxtda açılacaq. R.Əliyev bildirib ki, hazırda bununla bağlı Azərbaycan Milli Bankına müraciət etmək üçün müvafiq sənədlər hazırlanır. Sənədlərin AMB-na təqdim edilmə tarixi isə hələlik məlum deyil.
Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» SKB 1996-cı ildən «CIBank» kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 81,121 mln. manat, kredit portfeli 47,819 mln. manat, depozit portfeli 47,853 mln. manat, məcmu kapitalı 19,265 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,8 mln. manat təşkil edib. Bankın respublika üzrə 5 filialı, 16 bankomatı və 100 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR