Bank Of Baku

ABŞ dollarının bahalaşması müvəqqəti xarakter daşıyır

ABŞ dollarının bahalaşması müvəqqəti xarakter daşıyır
# 03 sentyabr 2008 10:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin əvvəlindən ABŞ dollarının Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 3,7% enib.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, dolların məzənnəsi cari ilin ilk 8 ayında 0,8453 manatdan 0,8140 manatadək düşüb. Qeyd edək ki, bu il ərzində ən aşağı məzənnə iyul ayında müşahidə olunub:




Qeyd edək ki, son vaxtlar dolların ucuzlaşması prosesi daimi xarakter daşıyır: 2007-ci il ərzində dolların məzənnəsi 3% enib. Lakin bu ilin avqust ayında bu tendensiya dəyişib və ilk dəfə olaraq dolların bahalaşması müşahidə olunur. Milli Bankın mütəxəssisləri hesab edirlər ki, bu proses daxili səbəblərlə deyil, xarici amillərlə bağlıdır. Belə ki, son vaxtlar Avropada makroiqtisadi vəziyyət ABŞ-dakı makroiqtisadi göstəricilərdən geri qalır, habelə ABŞ üzrə qısamüddətli iqtisadi proqnozlar müsbət olduğu halda, Avrozona üzrə proqnozlar daha pessimist xarakter daşıyır. Bu həmçinin Avrozonada müşahidə olunan inflyasiyanın göstəricisinə də aiddir (iyulda istehlak qiymətinin indeksi artımı 1,1% təşkil edib).
Eyni zamanda dolların məzənnəsinin yüksəlməsi müvəqqəti xarakter daşıyır. Belə ki, dünya bazarlarında bu, ABŞ-da müsbət makroiqtisadi proqnozların qısamüddətli olması ilə bağlıdır. Azərbaycanda isə hazırda güclü olan dollar sosial-iqtisadi vəziyyətin sabitliyinə mənfi təsir göstərə bilər. Qeyd edək ki, Milli Bankın dolların məzənnəsinin aşağı salınması üçün müxtəlif təsir imkanları var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR