Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» ilin sonunadək «Contact» və «MoneyGram» pulköçürmə sistemlərinə qoşulacaq

«Azərbaycan Sənaye Bankı» ilin sonunadək «Contact» və «MoneyGram» pulköçürmə sistemlərinə qoşulacaq
# 03 sentyabr 2008 11:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» SKB 2008-ci ilin sonuna kimi «Contact» və «MoneyGram» beynəlxalq sürətli pulköçürmə sistemlərinə qoşulacaq.
Bankın marketinq şöbəsinin direktoru Ramiz Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, yaxın vaxtlarda bank tərəfindən müvafiq sənədlərin beynəlxalq sistemə təqdim olunacağı gözlənilir. Hazırda proses danışıqlar mərhələsindədir.
Qeyd edək ki, indiyədək bank «Western Union» və «Caspian Money Transfer» sistemlərinə qoşulub.
Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CIBank» kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 81,121 mln. manat, kredit portfeli 47,819 mln. manat, depozit portfeli 47,853 mln. manat, məcmu kapitalı 19,265 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,8 mln. manat təşkil edib. Bankın respublika üzrə 5 filialı, 16 bankomatı və 100 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR