Bank Of Baku

Azərbaycanda korrupsiya ilə mübarizəyə dair beynəlxalq konfrans keçiriləcək

Azərbaycanda korrupsiya ilə mübarizəyə dair beynəlxalq konfrans keçiriləcək
# 03 sentyabr 2008 11:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Sentyabrın 18-19-da Bakıda «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolu və əhəmiyyəti» mövzusunda beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Bu barədə «APA-Economics»ə Azərbaycan Auditorlar Palatasından məlumat verilib.
Tədbirin təşkilatçıları Azərbaycan Auditorlar Palatası və İqtisadçılar İttifaqıdır. Konfransda dövlət və hökumət qurumları ilə yanaşı beynəlxalq təşkilatların, maliyyə institutlarının nümayəndələri iştirak edəcəklər.
Tədbirdə korrupsiya ilə mübarizə sahəsində Azərbaycanda görülən işlər, beynəlxalq təcrübə müzakirə olunacaq, tövsiyələr hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR