Bank Of Baku

Azərbaycan Milli Bankı ilin əvvəlindən rəsmi valyuta ehtiyatlarını 32% artırıb

Azərbaycan Milli Bankı ilin əvvəlindən rəsmi valyuta ehtiyatlarını 32% artırıb
# 03 sentyabr 2008 15:55 (UTC +04:00)
AMB-dən «APA-Economics»ə verilən məlumata görə, hazırda valyuta ehtiyatlarının idarə edilməsinin vahid qaydada beynəlxalq institusional müştəri bazasına malik olan şirkətə həvalə olunması zərurəti yaranıb.
Xatırladaq ki, bu proses çərçivəsində AMB portfel idarəetmə sisteminin alınması üçün açıq tender elan edib. Tenderdə funksional olaraq zəngin və yüksək göstəricilərə malik portfel idarəetmə sistemini təklif edən maliyyə texnologiyaları şirkətləri iştirak edə bilərlər. Tenderdə iştirak edən şirkət institusional portfel idarəetmə sistemlərinin hazırlanması və quraşdırılması sahəsində 5 illik təcrübəyə malik olmalıdır. Tender təkliflərinin qiymətləndirilməsi maliyyə amili, funksionallıq, texnologiya və əsas şərtlər toplusunda göstərilən digər üstünlük meyarlarına əsasən həyata keçiriləcək. Tender üzrə iddialar 2008-ci ilin oktyabrın 2-dək qəbul ediləcək. Tender təkliflərinin zərflərinin açılması proseduru oktyabrın 3-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR