Bank Of Baku

Azərbaycan-Ukrayna hökumətlərarası komissiyanın növbəti iclası payızda keçiriləcək

Azərbaycan-Ukrayna hökumətlərarası komissiyanın növbəti iclası payızda keçiriləcək
# 04 sentyabr 2008 09:40 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti, VIII iclası bu ilin payızında Kiyev şəhərində keçiriləcək. APA-nın məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk bildirib.
Səfir qeyd edib ki, Ukrayna tərəfindən komissiyaya sədrlik edən baş nazirin müavini Qriqori Nemırya və komissiyanın azərbaycanlı həmsədri, baş nazirin birinci müavini Yaqub Eyyubov iclasla bağlı müzakirələr aparıblar. Tərəflər qərara gəlib ki, komissiyanın iclası oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra, lakin noyabrın 14-də Bakıda keçiriləcək Enerji Sammitinə qədər təşkil olunsun.
Xatırladaq ki, ilkin olaraq komissiyanın iclasının bu ilin iyun ayında keçirilməsi planlaşdırılırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR