Bank Of Baku

Azərbaycan paytaxtında «The Economist» jurnalının təşkilatçılığı ilə dəyirmi masa keçirilir

Azərbaycan paytaxtında «The Economist» jurnalının təşkilatçılığı ilə dəyirmi masa keçirilir
# 04 sentyabr 2008 09:48 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, konfransda 69 yerli və xarici şirkətin rəsmi nümayəndələri iştirak edir. Tədbirdə biznes liderlərin iclası, biznes icması hökumətdən nə gözləyir, mülkiyyət hüquqlarının qorunması üçün görülməli tədbirlər, inkişaf gəzləyən qeyri-neft sektoru, Avropa Birliyi və Rusiya münasibətlərinin biznesə təsiri, korrupsiya ilə mübarizə, özəl sahibkarlığın dəstəklənməsində maliyyə sektorunun rolu və s. mövxularla bağlı müzakirələr aparılır.
Toplantıda Azərbaycanın maliyyə naziri Samir Şərifov, sənaye və energetika naziri Natiq Əliyev, iqtisadi inkişaf naziri Heydər Babayev və Azərbaycan Milli Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov da iştirak edirlər. Dəyirmi masada S.Şərifovun və E.Rüstəmovun Azərbaycanın maliyyə sektorunda islahat perspektivləri ilə bağlı çıxışları gözlənilir. Həmçinin, nazirlərin və şirkət nümayəndələrinin iştirakı ilə hökumətin vəsait xərclərinin prioritetləri, yerli bazarın xarici rəqabət üçün açılması, 2008-2009-cu illərin maliyyə sahəsinin əsas islahatları, turizm sektorunda inkişaf perspektivləri və potensial, azad məhkəmə sisteminin gücləndirilməsi və enerji layihələri ilə bağlı müzakirələr aparılacaq.
Tədbirdə çıxış edən ABŞ-ın «Baker&McKenzie» şirkətinin rəhbəri Daniel Metyuz bildirib ki, Azərbaycanda biznes mühiti nisbətən yaxşılaşsa da, ölkədə bəzi təkmilləşdirmə işlərinin aparılmasına ehtiyac var: «Bura kreditlərin verilməsi qaydalarının təkmilləşdirilməsi, kreditləşdirmə sahəsində Mülki Məcəllədə olan boşluqların aradan qaldırılması daxildir».
Toplantıda çıxış edən «The Economist» jurnalının baş redaktoru xanım Anna Uolker qeyd edib ki, tədbirin əsas məqsədi Azərbaycanın iqtisadi inkişafını araşdırmaq, hökumətlə görülən işlərlə bağlı müzakirələr aparmaq və ictimaiyyətə bu barədə məlumat verməkdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR