Bank Of Baku

BVF Gürcüstan iqtisadiyyatının bərpasına 750 mln. dollar kredit ayıracaq

BVF Gürcüstan iqtisadiyyatının bərpasına 750 mln. dollar kredit ayıracaq
# 04 sentyabr 2008 09:59 (UTC +04:00)
Bakı. Rauf Qasımov – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Gürcüstanın 2008-ci ilin avqustunda Rusiya ilə müharibə nəticəsində dağılmış iqtisadiyyatını bərpa etmək məqsədi ilə bu ölkəyə 750 mln. ABŞ dolları məbləğində kredit ayırmağa razılıq verib. «APA-Economics»in məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat naziri Eka Şaraşidze bildirib.
Nazirin sözlərinə görə, müharibə Gürcüstana əhəmiyyətli dərəcədə ziyan vurub. Belə ki, bu il ölkədə iqtisadi artım ikin olaraq 10% səviyyəsində gözlənilirdisə, artıq bu proqnoz 5-6%-dək azalıb.
Avqustun sonunda qeyd olunub ki, «Böyük Yeddilik» ölkələri də Gürcüstana iqtisadi yardım etməyə hazırlaşır. Bundan başqa, Dünya Bankı da Gürcüstana 300-350 mln. dollar ayıra bilər.
Qeyd elək ki, avqust ayının əvvəlində aparıcı reytinq agentlikləri Gürcüstanın uzunmüddətli müstəqil reytinqlərini aşağı salıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR