Bank Of Baku

“The Economist” jurnalının baş redaktoru: “Zərurət yaranarsa, Azərbaycanda kənd təsərrüfatı və turizm sahələri neft sektorunu layiqincə əvəzləyə bilər”

“The Economist” jurnalının baş redaktoru: “Zərurət yaranarsa, Azərbaycanda kənd təsərrüfatı və turizm sahələri neft sektorunu layiqincə əvəzləyə bilər”
# 04 sentyabr 2008 10:22 (UTC +04:00)
Bakıya ikinci dəfə səfər etdiyini deyən Anna Uolker iki il əvvəl siyasi və iqtisadi situasiyanı dəyərləndirmək məqsədilə Azərbaycanda olduğunu bildirib. Onun sözlərinə görə, “The Economist” jurnalının keçirdiyi hökumət konfranslarının məqsədi iş adamları və ekspertlərin hökumət nümayəndələri ilə görüşünü təşkil etmək, ikitərəfli münasibətlərin əsasını qoymaq və tərəfləri maraqlandıran suallara cavab tapmaqdır: “Azərbaycanın xüsusilə neft sektoru sürətli templərlə inkişaf edir. Zərurət yaranacağı təqdirdə gələcəkdə neft sektorunu kənd təsərrüfatı, turizm sektorları layiqincə əvəzləyə bilər. Ölkənin nəqliyyat, kommunikasiya, informasiya texnologiyaları sektorlarının da böyük inkişaf potensialı var. Biz hər ay “The Economist” jurnalında Azərbaycanda iqtisadi və siyasi situasiyaya dair proqnoz və hesabatlar dərc edirik”. Azərbaycanda inflyasiyanın səviyyəsinin azaldığını deyən Anna Uolker ölkədə inflyasiyanın səviyyəsinə dair rəsmi rəqəmləri açıqlayıb. “Rəsmi statistikaya görə, bu il ölkədə 25 faiz inflyasiya olacaq, gələn il bu rəqəmin 18-20 faizə, 2012-ci ildə isə 7 faizə enəcəyi gözlənilir. Amma yenə də hər şey dünya bazarında neftin qiymətlərindən asılıdır. Ölkədə yüksək inflyasiyanın səbəblərindən biri manatın kursunun yuxarı olmasıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR