Bank Of Baku

Heydər Babayev: «Bu il Azərbaycanda inflyasiya 18-20% olacaq»

Heydər Babayev: «Bu il Azərbaycanda inflyasiya 18-20% olacaq»
# 04 sentyabr 2008 12:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan iqtisadi inkişaf naziri 2008-ci ilin sonuna qədər ölkədə inflyasiyanın 18-20% səviyyəsində olacağını proqnozlaşdırır. Bu barədə «APA-Economics»ə iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib: «Mənim fikrimcə, dünya bazarında ciddi dəyişikliklər baş verməsə, inflyasiyanın tempi 20%-dən çox olmayacaq».
«Bundan qorxmaq lazım deyil. Belə ki, ölkədəki inflyasiyanın səbəbləri məlumdur. Bunlar, əsasən idxalın və büdcə xərclərinin böyük templərlə artması ilə bağlıdır», - H.Babayev qeyd edib.
Xatırladaq ki, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova 2008-ci ildə ölkədə inflyasiyanın illik tempinin 22-23%-ə çatacağını bildirib. Hökumətin hələ ilin əvvəlində 2008-ci ildə Azərbaycanda inflyasiyanın 14%-dən çox olmayacağını proqnozlaşdırsa da, sonradan bu göstəricini 18%-dək artırıb. Beynəlxalq Valyuta Fondu isə bu il respublikada inflyasiyanın 20%-dən çox olacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR