Bank Of Baku

Yaxın bir ayda EBRD ilə «Muğan Bank» arasında növbəti kredit sazişi imzalanacaq

Yaxın bir ayda EBRD ilə «Muğan Bank» arasında növbəti kredit sazişi imzalanacaq
# 04 sentyabr 2008 12:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən Azərbaycanın «Muğan Bank» Səhmdar Kommersiya Bankına (SKB) növbəti kreditin ayrılmasına dair müvafiq sazişin tərəflər arasında bu ilin sentyabr ayının sonu və ya oktyabr ayının əvvəlində imzalanması planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu EBRD-nin Bakı ofisinin rəhbəri Frensis Delay (Francis Delaey) bildirib.
F.Delayın sözlərinə görə, hələlik Azərbaycan bankına ayrılacaq kreditin məbləği və faiz dərəcəsi dəqiqləşdirilməyib və danışıqlar davam edir. Cəlb olunacaq kreditin Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə sərf edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, «Muğan Bank» SKB-nin baş ofisindən EBRD-dən cəlb olunacaq kreditin 5 mln. dollar təşkil edəcəyi bildirilib. Bunun 3 mln. dolları orta sahibkarlığa, 2 mln. dolları isə kiçik sahibkarlığa sərf ediləcək.
«Muğan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 99,484 mln. manat, kredit portfeli 65,636 mln. manat, depozit portfeli 32,217 mln. manat, məcmu kapitalı 14,878 mln. manat, o cümlədən, nizamnamə kapitalı 11 mln. manat təşkil edib. Bankın respublika üzrə 22 filialı fəaliyyət göstərir.
Qeyd edək ki, indiyədək AYİB tərəfindən Azərbaycana 1 mlrd. ABŞ dolları həcmində sərmayə yatırılıb və bunun 11%-i maliyyə sektorunun payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR