Bank Of Baku

Maliyyə naziri Samir Şərifov: «Azərbaycanın 2009-cu il dövlət büdcəsinin layihəsində neftin 1 barelinin baza qiyməti 70 dollar götürüləcək»

Maliyyə naziri Samir Şərifov: «Azərbaycanın 2009-cu il dövlət büdcəsinin layihəsində neftin 1 barelinin baza qiyməti 70 dollar götürüləcək»
# 04 sentyabr 2008 12:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın 2009-cu il dövlət büdcəsinin layihəsinin hazırlanması prosesi yekunlaşmaq üzrədir. «APA-Economics»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.
Nazirin sözlərinə görə, müvafiq qanunvericilik proseduralarına əsasən, layihə Nazirlər Kabinetinə təqdim ediləcək: «Gələn ilin büdcəsi sosialyönümlü olacaq. Əhalinin sosial məsələlərinin həllinə bu büdcədən müvafiq vəsaitlər ayrılacaq. Eyni zamanda ölkənin müdafiə potensialının gücləndirilməsi, xarici siyasətinin həyata keçirilməsi və digər dövlət əhəmiyyətli tədbirlər üçün də müvafiq vəsait yönəldiləcək».
S.Şərifov bildirib ki, ərzaq təhlükəsizliyi proqramının həyata keçirilməsinə də büdcədən nəzərdə tutulan vəsaitlər ayrılacaq.
«Gələn ilin büdcəsi tərtib olunarkən neftin qiyməti ilə bağlı olduqca ehtiyatlı proqnozlar əsas götürüləcək. Bu da bizə imkan verəcək ki, büdcə proqnozlarımızı lazımınca yerinə yetirək», - deyə nazir qeyd edib.
S.Şərifov bildirib ki, 2009-cu il dövlət büdcəsinin layihəsi tərtib olunan zaman neftin 1 barelinin baza qiyməti 70 ABŞ dolları səviyyəsində götürüləcək. Büdcə gəlirləri və xərclərinin gələn il nə qədər artacağı ilə bağlı proqnozlara gəlincə, S.Şərifov bunu indidən deməyin tez olduğunu vurğulayıb.
Nazir həmçinin qeyd edib ki, avqust ayında Gürcüstanda baş verən hadisələr nəticəsində Azərbaycanın neftdən gələn gəlirləri azalıb: «Hazırda avqust ayının nəticələrini təhlil edirik və müəyyən təsirlər var. Lakin, əvvəlki aylarda əldə etdiyimiz nailiyyətlər imkan verir ki, büdcəni tam yerinə yetirək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR