Bank Of Baku

Samir Şərifov: «Azərbaycanda minimum əmək haqqının artırılmasına dair prezident sərəncamı 600 mindən artıq vətəndaşa şamil olunacaq»

Samir Şərifov: «Azərbaycanda minimum əmək haqqının artırılmasına dair prezident sərəncamı 600 mindən artıq vətəndaşa şamil olunacaq»
# 04 sentyabr 2008 13:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan prezidentinin minimum əmək haqqının artırılmasına dair son sərəncamı dövlət və özəl sektorlarda çalışan 600 mindən artıq vətəndaşa şamil olunacaq. «APA-Economics»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.
S.Şərifovun sözlərinə görə, bununla yanaşı əmək pensiyalarının baza hissəsi də artırılıb: «Bundan başqa, prezident tərəfindən konkret sahələrdə əmək haqları artırılır. Bunun üçün büdcənin dürüstləşdirilməsi zamanı müvafiq vəsait nəzərdə tutulub və kifayət qədər vəsait ayrılıb».
Qeyd edək ki, Azərbaycan prezidentinin bu ilin avqust ayının 25-də imzaladığı sərəncamla minimum əmək haqqı sentyabrın 1-dən etibarən 25% artırılaraq 75 manata çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR