Bank Of Baku

Azərbaycanda aqrar sektorun maliyyələşdirilməsi üçün vahid dövlət bankı yaradıla bilər

Azərbaycanda aqrar sektorun maliyyələşdirilməsi üçün vahid dövlət bankı yaradıla bilər
# 04 sentyabr 2008 13:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan hökuməti ölkənin aqrar sektorunda həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə ixtisaslaşmış bank təşkilatının yaradılması məsələsinə baxır. «APA-Economics»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.
S.Şərifovun sözlərinə görə, hazırda ölkədə «Aqrarkredit» qeyri-bank kredit təşkilatı fəaliyyət göstərir: «Biz məsələyə bu kontekstdə baxacağıq. Buna ehtiyac olarsa, müvafiq tədbirlər görülə bilər».
Nazir bildirib ki, «Aqrarkredit» təşkilatına strateji investorlar cəlb edilərsə, qurum kənd təsərrüfatının maliyyələşdirilməsində daha yaxından iştirak edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR