Bank Of Baku

Xəzəryanı ölkələrin 1-ci Hökumətlərarası İqtisadi Konfransının tədbirlər planı təsdiqlənib

Xəzəryanı ölkələrin 1-ci Hökumətlərarası İqtisadi Konfransının tədbirlər planı təsdiqlənib
# 04 sentyabr 2008 13:28 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Oktyabrın 3-4-də Rusiyanın Həştərxan şəhərində keçiriləcək Xəzəryanı ölkələrin 1-ci Hökumətlərarası İqtisadi Konfransının tədbirlər planı təsdiqlənib. APA-nın məlumatına görə, konfrans çərçivəsində Xəzəryanı regionun hökumət və aidiyyəti nazirliklərinin nümayəndələrinin iclası, işgüzar və ekspert dairələri təmsilçilərinin bir sıra işgüzar sessiyaları, jurnalistlər üçün mətbuat konfransları, Xəzəryanı ölkələrin investisiya layihələrinin təqdimatı, Həştərxan vilayətinin mədəniyyət və sənaye obyektləri ilə tanışlıq təşkil olunacaq.

İşçi sessiyalarda dövlətlərarası iqtisadi əməkdaşlığın inkişafı, neft, qaz, nəqliyyat infrastrukturunun inkişafı perspektivləri, regionun ekoloji təhlükəsizliyi və digər məsələlər müzakirə olunacaq. Tədbir çərçivəsində Xəzəryanı ölkələrin investisiya layihələri və texnologiyalarına dair iri həcmli beynəlxalq sərgi də təşkil olunacaq. Konfransı hazırlayan təşkilat komitəsinə Rusiyanın iqtisadi inkişaf naziri Elvira Nabibulina rəhbərlik edir. Təşkilat komitəsinin növbəti iclası sentyabrın 23-də keçiriləcək.

Konfransda Xəzəryanı ölkələrin baş nazirlərinin birinci müavinlərinin iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR