Bank Of Baku

Azərbaycan paytaxtında «Parabank»ın yeni filialı açılıb

Azərbaycan paytaxtında «Parabank»ın yeni filialı açılıb
# 04 sentyabr 2008 13:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Parabank» ASC-i Bakı şəhərində «Azadlıq» filialını açıb. Bununla da bankın filiallarının ümumi sayı 9-a çatıb. «Azadlıq» filialı paytaxtın Teymur Əliyev küç.,25A ünvanında yerləşir.
«Parabank»ın baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, yeni filialda müştərilərə bütün növ bank xidmətləri, o cümlədən hesablaşma-kassa xidmətləri, depozitlərin cəlb edilməsi, istehlak və biznes kreditlərin verilməsi, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, «Western Union», «Contact», «Migom», «Privat Money», «Bıstraya Poçta», «Caspian Money Transfer» beynəlxalq pulköçürmə sistemləri ilə əməliyyatlar və s. göstəriləcək.
Yaxın vaxtlarda isə «Parabank» Bakıda daha iki («Yasamal» və «Nəsimi»), regionlarda isə dörd filial («Quba», «Şəmkir», «Gəncə-2» və «Ağcabədi») açmağı planlaşdırır.
Qeyd edək ki, 2008-ci il iyul ayının 1-nə bankın aktivlərinin həcmi 56,5 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR