Bank Of Baku

Heydər Babayev: «Azərbaycanın gələcəyi xidmət sektoru ilə bağlıdır»

Heydər Babayev: «Azərbaycanın gələcəyi xidmət sektoru ilə bağlıdır»
# 04 sentyabr 2008 14:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan beynəlxalq arenada tranzit ölkəyə çevrilib, xarici investorlar üçün əlverişli şərait yaradacaq. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda Böyük Britaniyanın «The Economist» jurnalının təşkilatçılığı ilə keçirilən dəyirmi masada Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın gələcəyi neft və qaz sahəsindən daha çox xidmət sektoru ilə bağlıdır. Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisi layihəsini misal gətirən H.Babayev qeyd edib ki, gələcəkdə ölkədə neft hasilatı azala və ya ümumiyyətlə dayana bilər: «Məhz ona görə xidmət sahəsini inkişaf etdirmək vacibdir və bizim əsas məqsədimiz Azərbaycanı tranzit ölkəyə çevirib, xarici investorları cəlb etməkdir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR