Bank Of Baku

Heydər Babayev: «MDB ölkələri arasında ən intensiv investisiya axımı Rusiyadan müşahidə olunur»

Heydər Babayev: «MDB ölkələri arasında ən intensiv investisiya axımı Rusiyadan müşahidə olunur»
# 04 sentyabr 2008 15:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gürcüstanda baş verən hadisələrdən sonra MDB ölkələri arasında ən intensiv investisiya axımı Rusiyadan müşahidə olunur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib.
Nazirin sözlərinə görə, Gürcüstanda baş verən hadisələrə iki cür yanaşmaq olar. Belə ki, regionda bir ölkədə problem yarandığı təqdirdə qonşu ölkələrə investisiya axını müşahidə oluna bilər.
«Digər tərəfdən isə ümumi regionda müəyyən sabitlik olmadığına görə investisiyaların axıb ölkədən getməsi də baş verə bilər. Hazırda MDB ölkələri arasında ən böyük investisiya axımı, yəni investisiyaların ölkədən çıxması Rusiyada müşahidə olunur. Azərbaycanda isə bununla bağlı heç bir problem yoxdur», - deyə H.Babayev vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR