Bank Of Baku

Azərbaycan yanvar-avqust aylarında toplanan gömrük vergi və rüsumlarının həcmini 47% artırıb

Azərbaycan yanvar-avqust aylarında toplanan gömrük vergi və rüsumlarının həcmini 47% artırıb
# 04 sentyabr 2008 15:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 744,47 mln. manat həcmində gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb. Bu barədə «APA-Economics»ə DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Nəticədə, DGK tərəfindən 8 aylıq proqnoz tapşırığı 0,33% artıqlaması ilə yerinə yetirilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 238,4 mln. manat və ya 47,1% çoxdur.
Qeyd edək ki, 2008-ci ildə Azərbaycanda ümumilikdə 1,1 mlrd. manat həcmində gömrük vergi və rüsumlarının toplanması proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR