Bank Of Baku

Azərbaycanın «Atrabank»ı ilə «BankworldInc» təşkilatı arasında anlaşma memorandumu imzalanıb

Azərbaycanın «Atrabank»ı ilə «BankworldInc» təşkilatı arasında anlaşma memorandumu imzalanıb
# 17 sentyabr 2008 15:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda «BankworldInc» təşkilatı ilə Azərbaycanın «Atrabank» Səhmdar Kommersiya Bankı (SKB) arasında ölkədə kiçik və orta sahibkarlığa davamlı maliyyə vasitəçiliyi xidmətlərinin gücləndirilməsi və bankın inkişafına dəstək məqsədi anlaşma memorandumu imzalanıb. «APA-Economics»n məlumatına görə, memorandum «BankworldInc» təşkilatının prezidenti Barat Barqava və «AtraBank» SKB-nin İdarə Heyətinin sədri Elmixan Nəbiyev tərəfindən imzalanıb.
Memoranduma əsasən, «BankworldInc» təşkilatı əməkdaşlıq çərçivəsində ən yaxşı beynəlxalq təcrübədən istifadə edəcək. Bu qlobal və təcrübəyə kiçik və orta biznesə aid olan xidmətlərin və metodologiyanın qiymətləndirilməsi sahəsində kredit mütəxəssislərinin təlimi, mövcud proqramların keyfiyyəti, kreditlərin tənzimlənməsi və risklərin idarəedilmə prosesləri, yerli bank depozitlərinin cəlb edilməsi, məhsulların inkişafı və yeni əməliyyat imkanları, səmərəli maliyyə hesabatlılığı və təhlil vasitələrinin yaradılmasında rəhbərliyin məlumatlandırma sistemlərinin istifadəsi daxildir.
Qeyd edək ki, layihəyə maliyyə vəsaiti ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən ayrılıb. USAİD-in bu proqramı üzrə Maliyyə Sektorunun Stabilliyi Proqramı üzrə 5 yerli bank («AtraBank», «Muğan Bank», «NBCBank», «Azərdəmiryolbank» və «Royal Bank of Baku») seçilib ki, bunlara ümumilikdə 1 mln. ABŞ dolları həcmində qrant ayrılacaq. Bunun 250 min dolları «AtraBank» üçün nəzərdə tulub. Layihənin müddəti 1 ildir.
Xatırladaq ki «Atrabank» SKB 1992-ci ildə yaradılıb. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 32,192 mln. manat, kredit portfeli 23,755 mln. manat, depozit portfeli 4,121 mln. manat, məcmu kapitalı 11,412 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,425 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 11 filialı, 10 bankomatı və 32 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR