Bank Of Baku

«Bank of Azerbaijan» oktyabrda daha iki filial açacaq

«Bank of Azerbaijan» oktyabrda daha iki filial açacaq
# 18 sentyabr 2008 07:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin oktyabr ayında daha iki filial açmağa hazırlaşır. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Müslüm Mürsəlov bildirib.
M.Mürsəlovun sözlərinə görə, filiallardan biri Bərdə rayonunda, digəri isə Bakı şəhərində yeni inşa olunan avtovağzal kompleksində fəaliyyət göstərəcək: «Filiallar xidmət göstərməyə tam hazırdır, yalnız mərkəzi bankdan müvafiq lisenziyanın verilməsini gözləyirik. Yəqin ki, yaxın bir ay ərzində bu məsələ həll olunacaq».
Qeyd edək ki, hazırda bankın respublika üzrə 18 filialı fəaliyyət göstərir və bunun 5-i regionda yerləşir.
Xatırladaq ki, «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 105,109 mln. manat, kredit portfeli 89,130 mln. manat, depozit portfeli 45 mln. manat, məcmu kapitalı 15,915 mln. manat, o cümlədən, nizamnamə kapitalı 10 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR