Bank Of Baku

«FINCA Azerbaijan» bu il kredit portfelini 82% artıracaq

«FINCA Azerbaijan» bu il kredit portfelini 82% artıracaq
# 18 sentyabr 2008 07:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «FINCA Azerbaijan» qeyri-bank təşkilatı 2008-ci il ərzində kredit portfelini 81,8% artıraraq 80 mln. manata, müştərilərin sayını isə 21,2% artıraraq 90 min nəfərə çatdırmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında təşkilatın direktoru Cef Flaues (Jeff Flowers) bildirib.
J.Flauesin sözlərinə görə, bununla yanaşı təşkilat yaxın günlərdə Bakı şəhərinin Mərdəkan və Bayıl qəsəbələrində, həmçinin «Xalqlar Dostluğu» metro stansiyası yaxınlığında filial açmağı planlaşdırır. Artıq bu istiqamətdə hazırlıq işləri aparılır.
Xatırladaq ki, təsisçisi ABŞ-ın «FINCA İnternational» təşkilatı olan «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatı 1998-ci ildən fəaliyyət göstərir. Təşkilat kreditləri həmrəy kredit qrupu üzrə aylıq 2,5-3%, kənd kredit qrupu üzrə 3,5%, fərdi kreditləri isə 2-3%-lə ayırır. Cari ilin avqust ayının 1-nə kredit portfelinin həcmi 61,316 mln. ABŞ dolları, nizamnamə kapitalı isə 5 min dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR