Bank Of Baku

«Günay Anadolu» sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

«Günay Anadolu» sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
# 18 sentyabr 2008 08:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Günay Anadolu» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 806 ədəd, emissiyanın ümumi həcmi isə 806 min manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı fond Birjası (BFB) vasitəsilə yerləşdirilməsi planlaşdırılır.
Birja mütəxəssislərinin fikrincə, «Günay Anadolu» sığorta şirkətinin artıq sentyabr ayında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, təşkilatın nizamnamə kapitalı təxminən 2 dəfə artaraq 1,612 mln. manata çatacaq.
Qeyd edək ki, «Günay Anadolu» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin yanvar-iyun aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 635,461 min manat, sığorta ödənişləri isə 79,308 min manat olub. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 806,502 min manat təşkil edib. Hazırda şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR