Bank Of Baku

Azərbaycan paytaxtında korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans keçirilir - YENİLƏNİB

Azərbaycan paytaxtında korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans keçirilir - <font color=red>YENİLƏNİB</font>
# 18 sentyabr 2008 08:10 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, iki gün davam edəcək konfransın təşkilatçıları Azərbaycan Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqıdır. Tədbirdə beynəlxalq təşkilatlar, həmçinin 16 ölkənin auditor şirkətləri və dövlət qurumlarının rəsmi nümayəndələri iştirak edir.
Konfransın açılış mərasimində çıxış edən Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev dövlət başçısının təbrikini tədbir iştirakçılarına çatdırıb. R.Mehdiyev qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir və bu istiqamətdə zəruri hüquqi baza yaradılıb: «Azərbaycan Cənubi Qafqaz regionunda ən stabil və dinamik inkişaf edən ölkədir. Azərbaycanın təşəbbüsü ilə regionda böyük iqtisadi layihələr reallaşdırılır. Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahəsində Şəffaflıq Təşəbbüsünə qoşulub və bu beynəlxalq təşəbbüsün fəal iştirakçısıdır».
Daha sonra tədbirdə Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə çıxış edib və son illər ölkədə aparılan islahatlar və əldə olunmuş nailiyyətlərdən danışıb. Z.Səmədzadə bildirib ki, ölkədə korrupsiyaya qarşı həyata keçirilən işlər öz bəhrəsini verir.
Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (EİTİ) Katibliyinin başçısı Conas Moberq Azərbaycanın neft gəlirlərinin istifadəsi sahəsində yaratdığı modelin digər dövlətlər üçün nümunə olduğunu vurğulayıb: «EİTİ-nin Azərbaycan nümunəsi gözəl təcrübədir. Qeyd etməliyəm ki, bu sistemi reallaşdırmaq ilk növbədə ölkə rəhbərliyinin marağında olmalıdır. Bu, artıq Azərbaycanda reallaşıb».
Azərbaycanın vergilər naziri Fazil Məmmədov isə vergi yoxlamaları, vergi xidmətində həyata keçirilən antikorrupsiya tədbirləri barədə məlumat verib. Şəffaflığın təmin edilməsi sahəsində nazirliyin bir sıra tədbir keçirdiyini, Avtomatlaşdırılmış Vergilər İnformasiya Sisteminin (AVİS), 195 saylı telefon-məlumat xidməti, eləcə də nazirliyin veb-saytı vasitəsi ilə on-line müraciətlərin qəbulu sisteminin yaradıldığını vurğulayıb.
Tədbirdə iştirakçılar adından Azərbaycan prezidentinə müraciət qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR