Bank Of Baku

Oktyabrın əvvəlində Dünya Bankı ilə Azərbaycan arasında yeni kredit sazişi imzalanacaq

Oktyabrın əvvəlində Dünya Bankı ilə Azərbaycan arasında yeni kredit sazişi imzalanacaq
# 18 sentyabr 2008 08:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. «Azərbaycanda sosial müdafiə sisteminin inkişafı Layihəsi»nin maliyyələşdirilməsi üçün Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında müvafiq kredit sazişi bu ilin oktyabr ayının əvvəlində imzalanacaq.
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elnur Sultanov «APA-Economics»ə bildirib ki, sazişin imzalanmasına hazırlıq mərhələsi yaxın 1-2 həftəyə yekunlaşacaq. E.Sultanovun sözlərinə görə, 2008-2013-cü illəri əhatə edəcək layihənin icrasına bu ilin sonunadək başlanacaq. Ümumi dəyəri 54,6 mln. ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün DB Azərbaycana 26,7 mln. dollar kredit ayıracaq, qalan vəsait isə ölkə hökuməti tərəfindən ödəniləcək.
Ümumilikdə, layihə üçün nəzərdə tutulan vəsaitin 12 mln. dollara yaxınının Azərbaycanda pensiya islahatlarının aparılmasına, qalan vəsait isə sosial müdafiə sistemi sahəsində işlərin aparılmasına sərf ediləcək. Layihə çərçivəsində əmək bazarı institutlarının modernləşdirilməsi, əmək qanunvericiliyinə dəyişiklərin edilməsi, gənclərin məşğulluğu üçün texniki tədbirlərin görülməsi, aktiv məşğulluq proqramlarının hazırlanması nəzərdə tutulur. Eyni zamanda, layihə çərçivəsində Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər) icrası ilə əlaqədar reallaşacaq proqramlar da dəstəklənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR