Bank Of Baku

Azərbaycan paytaxtında inşa olunan yeni avtovağzal kompleksində bütün ticarət obyektlərini POS-terminalla «Bank of Azerbaijan» təmin edəcək

Azərbaycan paytaxtında inşa olunan yeni avtovağzal kompleksində bütün ticarət obyektlərini POS-terminalla «Bank of Azerbaijan» təmin edəcək
# 18 sentyabr 2008 08:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin sonuna kimi Bakı şəhərində yeni inşa olunan avtovağzal kompleksində 700 POS-terminal quraşdıracaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Müslüm Mürsəlov bildirib.
M.Mürsəlovun sözlərinə görə, bankın planlarına əsasən, cari ilin sonuna kimi bankomatların sayının 2,5 dəfə artıraraq 50-yə, POS-terminalların - 8 dəfə artıraraq 800-ə çatdırılması planlaşdırılır. «Məlum oldğu kimi, yeni avtovağzal kompleksində 700 mağaza fəaliyyət göstərəcək və bunların hər birinin POS-terminalla təmin olunmasını «Bank of Azerbaijan» həyata keçirəcək», - deyə İdarə Heyətinin sədri vurğulayıb.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 20 bankomatı və 100 POS-terminalı fəaliyyət göstərir.
Xatırladaq ki, «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 105,109 mln. manat, kredit portfeli 89,130 mln. manat, depozit portfeli 45 mln. manat, məcmu kapitalı 15,915 mln. manat, o cümlədən, nizamnamə kapitalı 10 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 18 filialı fəaliyyət göstərir və bunun 5-i regionda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR