Dünya maliyyə böhranı Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin valyuta kompozisiyasına təsir göstərməyib
18 sentyabr 2008 11:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) dünya maliyyə bazarında müşahidə olunan böhranla əlaqədar aktivlərinin valyuta kompozisiyasını dəyişdirmək niyyətində deyil. «APA-Economics»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.
Ş.Mösümovun sözlərinə görə, hazırda Fondun valyuta kompozisiyası 50% ABŞ dolları, 40% avro, 5% funt sterlinq, 5% isə digər valyutalardan ibarətdir və burada heç bir dəyişiklik edilməyəcək: «Bizim konservativliyimiz yenə də öz sözünü deyir. Bu gün dolların məzənnəsi artır, avronun isə düşür. Aktivlərimizin 50%-i dollar, 50%-i isə digər valyutalarda olduğuna görə, bu mövqe Fond üçün neytraldır».
Bundan başqa Ş.Mövsümov qeyd edib ki, dünya bazarında neftin ucuzlaşması ARDNF-in planlarını dəyişməyib: «Bu da, bizim strategiyamızın düzgün qurulmasından xəbər verir. Əvvəllər büdcə hazırlanarkən neftin baza qiymətinin bir qədər yüksək götürülməsi təklif olunurdu. Lakin Azərbaycan bu məsələyə konservativ yanaşaraq ötən il neftin 1 barelinin baza qiymətini 50 dollar, bu il isə 70 dollar səviyyəsində götürüb. Bu da bizim plan və proqnozlarımızın dəyişməməsi üçün şərait yaradır».
Qeyd edək ki, son iki ay ərzində dünya bazarında neftin qiyməti 50 dollar ucuzlaşıb. Ötən gün isə Nyu-York birjasında neftin yenidən bahalaşması qeydə alınıb. Belə ki, hərracın sonunda neftin 1 barelinin qiyməti 91 dollardan 97 dollaradək yüksəlib.

Maliyyə
Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub
21:34
26 aprel 2024
ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak edib
15:26
26 aprel 2024
Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb
15:13
26 aprel 2024
Azərbaycan 2.3 mlrd. dollarlıq 22 layihə ilə bağlı tərəfdaşlarla aparır
14:59
26 aprel 2024