Bank Of Baku

Azərbaycanın səhm bazarında birjanın payı 5%-dir

Azərbaycanın səhm bazarında birjanın payı 5%-dir
# 18 sentyabr 2008 14:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın qiymətli kağızlar bazarında birjada bağlanan əqdlərinin həcmi tədricən artır. Bu barədə «APA-Economics»ə Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Gündüz Məmmədov məlumat verib.
G.Məmmədovun sözlərinə görə, hazırda Azərbaycanda səhm bazarının xüsusi çəkisi ümumi fond bazarının həm ilkin, həm də təkrar seqmentində 18-20% səviyyəsində qiymətləndirilir: «Azərbaycanın qiymətli kağızlar bazarında son illər ərzində, həmçinin bu il, birjadankənar bazarın həcmi fond birjasının dövriyyəsini üstələyir. Belə ki, 95%-ni birjadankənar, 5%-ni isə birjadaxili əqdlər təşkil edir. Hazırda bu meylin tədricən azalması müşahidə olunur, birja əqdlərinin sayı artmaqda davam edir».
Qeyd edək ki, bu il ərzində Bakı Fond Birjasının dövriyyəsi 7 mlrd. manata çata bilər. Ölkənin ilkin bazarının dövriyyəsi 800 mln. manat, təkrar bazarın dövriyyəsi isə 200 mln. manat təşkil edəcəyi gözlənilir. Ötən il ərzində ölkənin təkrar bazarının dövriyyəsi 150 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR