Bank Of Baku

Azərbaycanda yerli emitentlər xarici fond bazarına çıxmaqda maraqlı deyil

Azərbaycanda yerli emitentlər xarici fond bazarına çıxmaqda maraqlı deyil
# 23 sentyabr 2008 08:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın yerli şirkətləri, o cümlədən maliyyə sektorunda fəaliyyət göstərən təşkilatlar xarici qiymətli kağızlar bazarları vasitəsi ilə vəsait cəlb etməyə maraq göstərmir.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumatına görə, bu ilin fevral ayında Komitə tərəfindən «Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış emitentlərin investisiya qiymətli kağızlarının Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşdirilməsinə və ya tədavülə buraxılmasına icazənin verilməsi haqqında Qaydalar» təsdiq olunub. Bu qaydalar xaricdə qiymətli kağızların yerləşdirilməsi prosesini tənzimləyir. Sənədə əsasən, öz qiymətli kağızlarını xaricdə yerləşdirmək istəyən emitent QKDK-dan müvafiq icazə almalıdır. Lakin maraqlıdır ki, yeni sənəd təsdiqləndikdən sonra korporativ qiymətli kağızların xaricdə yerləşdirilməsi ilə bağlı QKDK-ya yalnız bir müraciət daxil olub.
Qeyd edək ki, Qaydalara əsasən, emitentin səhm buraxılışına daxil olan qiymətli kağızların 70%-dək hissəsinin Azərbaycan ərazisindən kənarda yerləşdirilməsinə yol verilir (istiqrazlarda heç bir məhdudiyyət yoxdur). Həmçinin, Azərbaycanın daxilində yerləşdirmə üçün nəzərdə tutulan həcm reallaşdırılmadığı təqdirdə, bu hissə tam həcmdə xaricdə satışa çıxarıla bilər.
Qeyd edək ki, Qaydalar milli fond bazarının inkişafı və gələcək perspektivləri nəzərə alınaraq hazırlanıb. Lakin reallıqda Azərbaycan şirkətləri xaricdə qiymətli kağızların yerləşdirməsinə maraq göstərmir. Bununla yanaşı, korporativ qiymətli kağızların ölkə daxilində açıq bazarda yerləşdirilməsi azalmaqdadır. Belə ki, cari ilin yanvar-avqust ayları ərzində birja bazarında korporativ qiymətli kağızların yerləşdirilməsinin həcmi 125,1 mln. manat təşkil edib (o cümlədən, səhmlər - 92,8 mln. manat), bu da il ərzində 35,6%-lik azalma deməkdir. Səhmlər üzrə ilkin bazarda azalma isə 45,6% təşkil edib.
QKDK-dan bildirilib ki, fevraldan sonra xaricdə qiymətli kağızların yerləşdirməsinə dair daxil olan yeganə müraciət qapalı yerləşdirməyə aid olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR