Bank Of Baku

Azərbaycan gömrük orqanlarından büdcə daxilolmalarının gələn ilki proqnozunu 17% artıracaq

Azərbaycan gömrük orqanlarından büdcə daxilolmalarının gələn ilki proqnozunu 17% artıracaq
# 23 sentyabr 2008 10:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın 2009-cu il dövlət büdcəsinin layihəsində gömrük orqanlarından daxilolmalar proqnozunun 2008-ci ilin müvafiq proqnozuna nisbətən 17% artırılacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
A.Əliyevin sözlərinə görə, Dövlət Gömrük Komitəsi (DGK) üçün daxilolmalar proqnozunun 190 mln. manat artırılması təklif olunub.
Qeyd edək ki, 2008-ci il üçün DGK-nin büdcəyə ayırmaları 1,1 mlrd. manat səviyyəsində proqnozlaşdırılıb.
A.Əliyev gələn il üçün gömrük vergi və rüsumların dərəcələrinin artırılması məsələsinin müzakirə olunmadığını qeyd edib.
Qeyd edək ki, bu gün Nazirlər Kabinetində 2009-cu il dövlət büdcəsinin layihəsi üzrə ilk müzakirələr keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR