Bank Of Baku

Mikayıl Cabbarov: «Azərbaycanda likvidlik problemi yarana bilməz»

Mikayıl Cabbarov: «Azərbaycanda likvidlik problemi yarana bilməz»
# 23 sentyabr 2008 10:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda dünyada iqtisadiyyatında baş verən neqativ proseslər Azərbaycan iqtisadiyyatı üçün müəyyən müsbət imkanlar aça bilər. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov bildirib.
Nazir müavininin sözlərinə görə, dünya maliyyə bazarında yaşanan böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı sabitdir: «Azərbaycan xaricə sərmayələr yatırır. Bazara daxil olmaq üçün isə böhran ən yaxşı məqamdır. Belə ki, ən ucuz qiymətlər məhz bu vaxtda müşahidə olunur. Dünya maliyyə bazarında gərginlik kənardan maliyyələşmənin cəlb edilməsinin dəyərinə də təsir göstərə bilər. Azərbaycanda isə ixrac idxaldan artıq olduğuna görə, ölkəmizdə likvidlik problemi yarana bilməz».
Bundan başqa M.Cabbarov bildirib ki, dünya maliyyə bazarında hökm sürən turbulentlik davam edəcək: «Bir neçə gün bundan əvvəl dollar avroya qarşı möhkəmlənib, dünən isə bu proses əks istiqamətdə inkişaf edib. Bu gün qısamüddətli nəticələrə əsaslanaraq hər hansı proqnozlardan danışmaq qeyri-peşəkarlıqdır. Bazarları daim izləmək lazımdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR