Bank Of Baku

Azərbaycan gələn ay Qara Dəniz Ticarət və İnkişaf Bankındakı payını 2,5 dəfə artıracaq

Azərbaycan gələn ay Qara Dəniz Ticarət və İnkişaf Bankındakı payını 2,5 dəfə artıracaq
# 23 sentyabr 2008 10:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayının 4-5-də İstanbulda (Türkiyə) Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Direktorlar Şurasının növbəti iclası keçiriləcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov bildirib.
M.Cabbarovun sözlərinə görə, iclas çərçivəsində QDTİB-in cari kapitalının 2 dəfə artırılması və bölüşdürməmiş səhmlərin bölüşdürülməsinə dair qərarlar qəbul olunacaq: «Güman edirik ki, oktyabrın əvvəlində bu proses başa çatacaq və Azərbaycanın QDTİB-dəki payı 2%-dən 5%-dək artırılacaq».
Qeyd edək ki, QDTİB Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir. Bank regional əməkdaşlığın inkişafı prinsiplərini dəstəkləyərək üzv ölkələrdə layihələrin maliyyələşdirilməsi və səhm kapitalında iştirakla bağlı layihələr həyata keçirir. Hazırda bankın nizamnamə kapitalı 1,5 mlrd. ABŞ dolları təşkil edir. Beynəlxalq maliyyə institutu olan QDTİB-in təsisçiləri rolunda 11 ölkə (Azərbaycan, Türkiyə, Albaniya, Ukrayna, Gürcüstan, Bolqarıstan, Moldova, Rumıniya, Rusiya, Yunanıstan və Ermənistan) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR