Bank Of Baku

«YapıKredi Bank Azerbaijan»ın daha bir filialı açılıb

«YapıKredi Bank Azerbaijan»ın daha bir filialı açılıb
# 23 sentyabr 2008 10:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün «YapıKredi Bank Azerbaijan» Səhmdar Kommersiya Bankının (SKB) Gəncə şəhərində filialının rəsmi açılış mərasimi keçirilib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə «YapıKredi Bank Azerbaijan»nın İdarə Heyətinin sədri Coşkun Bulak çıxış edərək bankın inkişaf strategiyası, filial şəbəkəsinin genişləndirilməsi və kimi əsas istiqamətlərindən danışıb.
Qeyd edək ki, tədbirdə Gəncədə təmsil olunmuş digər bankların filial direktorları da iştirak ediblər.
Bununla da «YapıKredi Bank Azerbaijan»ın respublika üzrə filiallarının ümumi sayı 3-ə çatıb.
Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» SKB Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 82,973 mln. manat, kredit portfeli 23,618 mln. manat, depozit portfeli 54,743 mln. manat, məcmu kapitalı 15,359 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,349 mln. manat təşkil edib. Bankın respublika üzrə 12 bankomatı və 38 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR