Bank Of Baku

Azərbaycan paytaxtında Avropa Gömrük Təhqiqat və Araşdırma Xidməti Rəhbərlərinin iclası keçirilir

Azərbaycan paytaxtında Avropa Gömrük Təhqiqat və Araşdırma Xidməti Rəhbərlərinin iclası keçirilir
# 23 sentyabr 2008 11:20 (UTC +04:00)
Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev rəhbərlik etdiyi qurumun ÜGT-nin tədbirlərinin fəal iştirakçısı olduğunu və bu beynəlxalq təşkilatla sıx əməkdaşlıq etdiyini vurğulayıb.
A.Əliyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində nəzarətsiz zona yaranıb. Bu zonadan narkotik vasitələrin qanunsuz daşınması, qaçaqmalçılıq, qeyri-leqal miqrasiyada və s. istifadə olunur.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə isə Azərbaycanın gömrük sektorunun inkişaf etdirilməsi istiqamətində müvafiq hüquqi bazanın yaradıldığını və bu sistemdə təkmilləşmənin getdiyini qeyd edib. Millət vəkili bildirib ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan burada qlobal maraqların nəzərə alınmasını şərtləndirir.
ÜGT-nin baş katibi Mişel Dane isə iclasda saxta dərmanlar, yol hərəkətinə nəzarət məqsədilə səyyar skanerlərdən istifadə, Avropa Birliyinin şərq sərhədlərində iqtisadi cinayətkarlıq, Avropa Birliyində siqaret qaçaqmalçılığının hazırkı vəziyyəti və s. mövzular barədə müzakirələrin aparılacağını vurğulayıb.
M.Dane bildirib ki, iclas zamanı tədbir iştirakçılarına «Ədalətli oyun» layihəsi, gömrük fəaliyyətinə dəstək, «Şimal marşrutu»nda əfqan narkotiklərinin yayılmasına qarşı mübarizədə CARICC-in (Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi) rolu, SECI (Cənubi Avropa Əməkdaşlıq Təşəbbüsü) Mərkəzinin işçi qruplarının fəaliyyəti və s. barədə məlumatlar da təqdim olunacaq.
ÜGT-nin baş katibi jurnalistlərə bildirib ki, hazırda dünya ölkələrini narkotik vasitələrin qeyri-qanuni daşınması, qaçaqmalçılıq, terrorizm kimi təhdidlər narahat edir: «Buna görə də ÜGT müxtəlif ölkələrin gömrük mütəxəssisləri ilə bu sahədə araşdırmalar aparır, tövsiyələr hazırlayır. Bu bizim Cənubi Qafqaz regionunda keçirdiyimiz ilk analoji tədbirdir».
M.Dane Azərbaycanın ÜGT-nin ən fəal üzvlərindən olduğunu da diqqətə çatdırıb. Baş katib vurğulayıb ki, rəhbərlik etdiyi qurum Azərbaycanda gömrük islahatlarını dəstəkləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR