Bank Of Baku

BVF və DB oktyabrın 13-də dünya maliyyə böhranından çıxış yollarını müzakirə edəcək

BVF və DB oktyabrın 13-də dünya maliyyə böhranından çıxış yollarını müzakirə edəcək
# 26 sentyabr 2008 13:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin oktyabr ayının 13-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) birgə illik direktorlar iclası keçiriləcək.
BVF-nin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclas çərçivəsində Fondun beynəlxalq valyuta və maliyyə, habelə inkişaf komitələrinin toplantısı, həmçinin BVF və DB-nin birgə forumu keçiriləcək.
Qeyd edək ki, adətən BVF-DB illik iclaslarında üzv ölkələrdə mövcud maliyyə vəziyyəti, cari problemlər müzakirə olunur. Bu ilki toplantının əsas mövzusu isə ABŞ-da baş verən maliyyə böhranı və onun dünyaya iqtisadiyyatına təsiri olacaq.
BVF-nin hesablamalarına görə, ABŞ-dakı böhran nəticəsində dünya iqtisadiyyatı və maliyyə bazarlarının itkiləri 1,3 trln. dollara çatıb. İri banklar və maliyyə qurumlarının müflisləşməsi, fond bazarlarında indekslərin kəskin düşməsi, maliyyə sistemində tarazlığın pozulması böhranın əsas nəticələridir və bütün bunlar ABŞ-da müşahidə olunur.
Qeyd edək ki, dünən Amerikanın ən iri banklarından biri olan «Washington Mutual» likvidliyin kəskin azalması səbəbindən hökumət tərəfindən bağlanılıb. «Washington Mutual» bankının məcmu aktivləri 310 mlrd. dollara bərabərdir və onların bir hissəsini (sağlam aktivlər) «JPMorqan» qrupu alacaq. Bu kimi hadisələrin səbəbləri, nəticələri və çıxış yolları, yəni böhranın genişlənməməsi, onun lokallaşması son zamanlar BVF-nin diqqət mərkəzindədir və oktyabrın 13-də bu məsələlər Fondun üzv ölkələri arasında müzakirə olunacaq.
Xatırladaq ki, Azərbaycan 1992-ci ilin sentyabrın 18-dən BVF-nin üzvüdür. Ölkəni BVF-də maliyyə naziri təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR