Bank Of Baku

Asiya İnkişaf Bankı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının dərinləşməsini maliyyələşdirəcək

Asiya İnkişaf Bankı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının dərinləşməsini maliyyələşdirəcək
# 26 sentyabr 2008 13:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) üzv ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün 4,5 mln. ABŞ dolları ayıracaq. AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu proqram çərçivəsində üzv ölkələr arasında tədqiqat, treninq və dialoqların əlaqələndirilməsi məqsədi ilə virtual institutun təsis edilməsi nəzərdə tutulur.
AİB tərəfindən ayrılan məbləğdən başqa, yeni təsisat təşəbbüsünün dəstəklənməsi üçün Çinin Regional Əməkdaşlıq və Yoxsulluğun Azaldılması Fondu 500 min dollar və iştirakçı ölklərin hər biri 200 min dollar vəsait ayıracaq. Yeni yaradılacaq CAREC institutu virtual xarakterli olduğundan, onun daimi yeri, infrastrukturu və işçi heyəti olmayacaq.
Yeni institutun əsas məqsədi yeni bilik resursları tapmaqla regional nəqliyyat, ticarət və enerji şəbəkəsinin təkmilləşdirməsi istiqamətində yeni əməkdaşlıq platforması yaratmaqdır. Bundan başqa, treninq proqramları dövlət qurumlarını işçilərinin regional əməkdaşlığa dair bilik və bacarıqlarının yaxşılaşdırılmasına kömək edəcək, tətbiqi tədqiqat proqramları isə yeni innovasiya və tövsiyələrlə regional əməkdaşlığın effektivliyinə yardım edəcək.
Qeyd edək ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir və bu qurumlar 2006-2008-ci illər ərzində energetika, nəqliyyat və ticarət sahələrində həyata keçirilən investisiya layihələrinin icrasına 2,3 mlrd. dollar kredit ayırmağı planlaşdırır.
Xatırladaq ki, CAREC-in üzv ölkələri sırasına Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan və Əfqanıstan daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR