Bank Of Baku

Azərbaycanla Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında yeni kredit sazişi imzalanıb

Azərbaycanla Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında yeni kredit sazişi imzalanıb
# 26 sentyabr 2008 13:29 (UTC +04:00)
Bakıda mühasibat uçotu sahəsində aparılan islahatların davam etdirilməsi məqsədi ilə Azərbaycan ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD, Dünya Bankı qrupunun üzvü) arasında «Korporativ və büdcə sektorunda hesabatlılıq Layihəsi» (CAP/SAP) üzrə kredit sazişi və layihənin birgə maliyyələşdirilməsi üçün Yaponiyanın qrantı üzrə məktub-saziş imzalanıb.Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hər iki sazişi ölkə hökuməti adından maliyyə naziri Samir Şərifov, IBRD adından isə DB-nın Azərbaycan üzrə meneceri Qreqori Yedjeyçak imzalayıb.
Layihənin məqsədi ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq ictimai əhəmiyyətli qurumların maliyyə hesabatlarının beynəlxalq standartlara, digər mühasibat uçotu subyektlərinin isə milli mühasibat uçotu standartlarına keçidinə yardım göstərilməsindən, mühasibat uçotu sahəsində müasir standartlara cavab verən təlim və təhsil sisteminin yaradılmasından ibarətdir.
Layihə üç komponentdən (korporativ sektorun maliyyə hesabatlarının tətbiqindən, büdcə sektorununun maliyyə hesabatlarının tətbiqi və mühasibat uçotu, audit və maliyyə idarəetməsi potensialının gücləndirilməsi) ibarətdir.
Qeyd edək ki, layihənin dəyəri 24 mln. ABŞ dolları təşkil edir. Bunun 8 mln. dollarını Azərbaycan hökuməti, 11 mln. dollarını IBRD (ilk 10 il güzəştli şərtlərlə, illik 0,75% dərəcəsi ilə 35 il müddətinə kredit), 3 mln. dollarını Yaponiya hökuməti (birgə maliyyələşdirmə qrantı üzrə) və 2 mln. dollarını İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO, qrant üzrə) ayıracaqları nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR