Bank Of Baku

«Gəncəbank» gələn həftə yeni nümayəndəlik və filial açacaq

«Gəncəbank» gələn həftə yeni nümayəndəlik və filial açacaq
# 26 sentyabr 2008 13:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Gəncəbank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin oktyabr ayının ilk həftəsi ərzində Bərdə rayonunda filial açacaq. Bununla yanaşı, həmin vaxt bankın Bakı şəhərində nümayəndəliyinin açılması planlaşdırılır.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filialların fəaliyyətə başlaması üçün yaxın günlərdə Azərbaycan Milli Bankı tərəfindən müvafiq icazənin verilməsi gözlənilir.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 2 filialı və 1 şöbəsi fəaliyyət göstərir.
Xatırladaq ki, «Gəncəbank» SKB 1994-cü ildən fəaliyyət göstərir və baş ofisi bölgədə (Gəncə şəhəri) yerləşən ilk bankdır. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 27,147 mln. manat, kredit portfeli 24,642 mln. manat, depozit portfeli 3,418 mln. manat, məcmu kapitalı 11,493 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR