Bank Of Baku

Beynəlxalq Valyuta Fondunun texniki missiyası Azərbaycana gəlib

Beynəlxalq Valyuta Fondunun texniki missiyası Azərbaycana gəlib
# 26 sentyabr 2008 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) texniki missiyası Azərbaycanda səfərdədir. Bu barədə «APA-Economics»ə BVF-nin Bakı ofisindən məlumat verilib.
«Missiya Bakıya Azərbaycan və bir sıra digər ölkələri əhatə edən «Qiymətli kağızlar bazarının inkişafı Layihəsi» çərçivəsində səfər edib. İki nəfərdən ibarət olan missiya oktyabr ayının 11-dək Bakıda olacaq. Bu müddət ərzində BVF-nin nümayəndələri ölkənin müvafiq qurumlarında görüşlər keçirəcək», - deyə fondun Bakı ofisindən bildirilib.
Səfər zamanı qonaqlar Maliyyə Nazirliyində də görüşlər keçirəcək və burada əsas müzakirələr Azərbaycan hökuməti tərəfindən avrobondların buraxılması layihəsinin perspektivləri və detalları ətrafında aparılacaq.
Həmçinin, ekspertlər son üç gün ərzində (oktyabrın 8-10-da) layihə çərçivəsində Azərbaycan Bank Tədris Mərkəzində seminar keçirəcəklər.
Qeyd edək ki, missiya BVF-nin nümayəndələri Verner Riki və Piter Katzdan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR