Bank Of Baku

Azərbaycanın bank sektoru üzrə ROA əmsalı daha da azalacaq

Azərbaycanın bank sektoru üzrə ROA əmsalı daha da azalacaq
# 26 sentyabr 2008 14:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin sonunadək Azərbaycanın bank sistemi üzrə ROA əmsalının (aktivlərin gəlirliyi) azalması proqnozlaşdırılır.
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, cari ilin ilk 7 ayı üzrə ROA əmsalı 1,37% təşkil edib. Yəni, Azərbaycanın bank sistemində mvcud aktivlərin hər 1 manatı cəmi 1,37 qəpik məbləğində mənfəət qazandırır.
Müqayisə üçün bildirək ki, 2007-ci ilin nəticələrinə görə, ROA 1,92%, 2006-cı ildə isə 1,3% təşkil edib. Beləliklə, keçən il ərzində bu əmsalın artımı müşahidə olunsa da, hazırda bu göstərici hətta 2006-cı ilin səviyyəsinə düşüb.
Qeyd edək ki, 1,37% - yalnız 7 aylıq nəticədir və ilin sonuna kimi həmin əmsal bir qədər də düşə bilər. Bunun səbəbi banklar tərəfindən istehlak kreditlərinin maliyyələşdirilməsinin məhdudlaşdırılması ilə bağlıdır. Kreditlər, xüsusən də istehlak kreditləri bank aktivlərinin əsas tərkib hissələrindən biridir. Bununla yanaşı, kreditləşmənin azalması həmçinin bankın gəlirlərini, o cümlədən mənfəətini də azaldır. Nəticədə, ROA əmsalı üzrə müşahidə olunan azalma tendensiyası daha da möhkəmlənir.
Qeyd edək ki, hazırda Azərbaycandakı bankların mənfəəti yalnız faiz gəlirləri, yəni kredit əməliyyatları hesabına formalaşır.
Xatırladaq ki, cari ilin ilk yarımsı üzrə ROA üzrə tərtib olunmuş vahid renkinqdə ən yüksək fərdi əmsal 5,3%-ə bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR