Bank Of Baku

Azərbaycanın banklararası kredit bazarında orta faiz dərəcələrinin artımı dayanıb

Azərbaycanın banklararası kredit bazarında orta faiz dərəcələrinin artımı dayanıb
# 20 aprel 2009 11:31 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycan banklararası bazarında milli və xarici valyutada kredit vəsaitləri üzrə orta faiz dərəcələri üzrə artım prosesi ötən həftə (aprelin 13-17-də) dayanıb.

«APA-Economics»in Bakı Banklararası Valyuta Birjasının (BBVB) məlumatları əsasında verdiyi məlumata görə, keçən həftə banklararası manat kreditləri üzrə vəsaitlərin yerləşdirmə və cəlbetmə dərəcələri demək olar ki dəyişməz qalıb, halbuki əvvəlki həftə ərzində yerləşdirmə və cəlbetmə dərəcələrində müvafiq olaraq 1,04 və 1,08 faiz bəndi artım qeydə alınıb. Nəticədə, pul bazarının əsas indikatorlarından biri sayılan 90 günlük BakİBOR əmsalı manat vəsaitləri üzrə illik 16,00% təşkil edib. ABŞ dolları üzrə təklif olunan eyni alət üzrə orta dərəcə isə illik 16,56%-ə bərabər olub. Nəticədə, pul bazarında ən çox işlənilən kredit faiz dərəcəsi (often used) manatla 90 günlük banklararası kreditlər üzrə illik 13,25%, dollarla isə illik 13,31% səviyyəsində qərarlaşıb. Ümumi hesabda manat vəsaitlərinin yerləşdirmə və cəlbetmə dərəcələri arasında fərq 5,00 faiz bəndi, dollar kreditləri üzrə isə 6,5 faiz bəndi təşkil edib.

Qeyd edək ki, bankların faiz dərəcələri birjanın hesabladığı BakİBOR (Baku İnterbank Offer Rate) və BakİBİD (Baku İnterbank Bid Rate) göstəricilərində əksini tapıb.

Xatırladaq ki, Azərbaycan Milli Bankının təkrar maliyyələşdirmə dərəcəsi martda 3%-dək azaldılıb.

BakİBOR və BakİBİD - pul bazarında kreditlərin cəlb olunması və yerləşdirilməsi göstəriciləridir. Bu indikatorların hesablanması pul bazarının aparıcı bank-operatorları (market-meykerlər) tərəfindən elan edilən kreditlərin cəlb olunması və yerləşdirilməsi dərəcələri əsasında aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR