Bank Of Baku

Andrey İllarionov: «Azərbaycan dünyada maliyyə böhranının təsir etdiyi ölkələrə aid deyil»

Andrey İllarionov: «Azərbaycan dünyada maliyyə böhranının təsir etdiyi ölkələrə aid deyil»
# 20 aprel 2009 12:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan hazırda dünyada müşahidə olunan maliyyə böhranının təsir etdiyi ölkələr sırasına aid deyil. «APA-Economics»in məlumatına görə, bunu ABŞ-ın CATO İnstitutunun baş elmi əməkdaşı Andrey İllarionov bildirib.
A.İllarionovun sözlərinə görə, ötən il ərzində Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım tempi 10,8% səviyyəsində müşahidə olunub. Cari ilin yekunlarına görə isə, ÜDM-in artım tempinin 8-9% səviyyəsində olacağı proqnozlaşdırılır: «Maliyyə böhranı dövründə iqtisadi artımda belə göstəricisi olan ölkə maliyyə böhranının təsir etdiyi dövlətlər sırasına heç cür aid edilə bilməz».
Qeyd edək ki, A.İllarionov Rusiya prezidentinin iqtisadi məsələlər üzrə müşaviri vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR