Bank Of Baku

«Nikoil» Bankı sığorta şirkətlərini əməkdaşlığa dəvət edir

«Nikoil» Bankı sığorta şirkətlərini əməkdaşlığa dəvət edir
# 20 aprel 2009 14:14 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. «Nikoil» İnvestisiya Kommersiya Bankı Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərini birgə əsaslarla öz müştərilərinə sığorta xidmətləri göstərməyə dəvət edir. Bu barədə «APA-Economics»ə bankın grovlarla iş üzrə qrupundan məlumat verilib.

Əməkdaşlığa hazır olan sığortaçıları bank yanında akkreditasiyadan keçməyə dəvət edən «Nikoil» birgə xidmətlərin göstərilməsi üçün əsas şərt kimi sığorta şirkətinin bankda ən azı bir illik müddətə depozit hesabına malik olmasını irəli sürür. Eyni zamanda, digər şərtlər sığortaçının müştərək əsaslarla göstərdiyi xidmət hesabına əldə olunacaq gəlirlərin 15%-nin banka verilməsini nəzərdə tutur. Akkreditasiyadan keçmək istəyən sığorta şirkətlərinin təklifləri iki həftə ərzində təhlil olunduqdan sonra «Nikoil» bankının İdarə Heyətində müzakirə olunacaq. Lazımi sənədləri təqdim edən və təsdiqlənmə prosedurasından uğurla keçən şirkətlərin rəhbərləri ilə mayın 15-də müşavirə keçiriləcək və müvafiq müqavilələr imzalanacaq.

Qeyd edək ki, sığorta şirkətləri ilə akkreditasiya əsasları ilə aparılacaq əməkdaşlıq «Nikoil»un müştərilərlə bağladığı kredit müqavilələri çərçivəsində girov və əmlak risklərinin sığortalanması məqsədi ilə aparılır.

Xatırladaq ki, 2009-cu ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 294,705 mln. manat, kredit portfeli 163,371 mln. manat, depozit portfeli 59,849 mln. manat, məcmu kapitalı 29,060 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,5 mln. manat təşkil edib. Bankın respublika üzrə 10 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR